AZ

Papikyan Belçikanın hərbi attaşesi ilə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib

Yanvarın 24-də Ermənistanın müdafiə naziri Suren Papikyan Belçika Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Erik de Munk və yeni təyin olunmuş müdafiə məsələləri üzrə attaşesi polkovnik Mark Lefebri qəbul edib.

Herbiand.az bu barədə Ermənistan mətbuatına istinadən bildirir.

Papikyan polkovnik Lefebri Ermənistanda vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona missiyasını yerinə yetirməkdə uğurlar arzulayıb.

Görüş zamanı Ermənistan və Belçika arasında müdafiə sahəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr