Tükiyə klubublarından "Başakşehir"də çıxış edən Dimitrios Pelkas sabiq komandasına dönüb.
Apasport.az xəbər verir ki, İstanbul klubu ilə müqaviləsinə xitam verən futbolçu sabiq komandası PAOK-a qayıdıb. Bu barədə Yunanıstan klubu açıqlama yayıb.
Klub Pelkasla 2,5 illik müqavilə imzalayıb.
PAOK-un aşağı yaş qruplarında yetişən 31 yaşlı futbolçu karyerası boyunca "Vitoriya", "Fənərbaxça", "Hall Siti" və "Başakşehir"də çıxış edib.
Bu mövsüm 22 matçda meydana çıxan təcrübəli futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Milan”dan ayrıldı, Fransa klubuna keçdi
"Fənərbaxça"lılara şad xəbər: Komandadan gedir
"Barselona" "Real"ın izlədiyi futbolçunu istəyir
Belçika millisinin baş məşqçisi açıqlandı
PSJ "Liverpul"un futbolçusu ilə maraqlanır