AZ

Ötən il istehlakçılara 436 min manatadək vəsait qaytarılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkar-istehlakçı münasibətlərinin tənzimlənməsi və istehlakçıların qanuni maraqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərlə müştəri məmnuniyyətinin və etibarlılığın təmin edilməsinə nail olunur.

Dövlət Xidmətinin məlumatına görə, 2024-cü il ərzində istehlakçılardan daxil olan müraciətlər nəzərə alınmaqla təmin olunmuş 2702 müraciət əsasında 436 min manatadək vəsait istehlakçılara qaytarılıb.

Seçilən
19
3
vergiler.az

5Mənbələr