AZ

Papikyan Belçikanın yeni təyin olunmuş hərbi attaşesini qəbul edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Belçika səfiri Erik de Münk və müdafiə məsələləri üzrə yeni təyin olunmuş hərbi attaşe polkovnik Mark Lefevri (iqamətgahı Moskvadadır) qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

O, M.Lefevri Ermənistanda vəzifəyə başlaması münasibətilə təbrik edib və missiyaya uğurlar arzulayıb.

Görüş zamanı Ermənistan və Belçika arasında müdafiə sahəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Seçilən
16
report.az

1Mənbələr