7NEWS.az xəbər verir ki, Qəzza zolağının cənubundakı Rəfahda baş verən qarşıdurmalarda həyatını itirən HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın geyindiyi hərbi jilet və onun son anlarını yaralı keçirdiyi stul tapılıb. Atəşkəsdən sonra qəzzalıların tez-tez ziyarət etdiyi evin sahibi Sinvarın evində şəhid olmasının onun üçün qürur mənbəyi olduğunu vurğulayıb. Sinvarın jiletində qan izlərinin olduğu, oturacağın isə dağıntılar altından parçalara ayrıldığı görülüb. HƏMAS lideri Sinvar 16 oktyabr 2024-cü ildə Qəzzanın cənubundakı Rəfahda İsrail əsgərləri ilə toqquşmada həlak olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta