Polifenollar, meyvə, tərəvəz, çay, qəhvə və kakaoda mövcud olan təbii birləşmələrdir və sağlamlıq üçün bir çox fayda təmin edir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu maddələr ürək xəstəlikləri, metabolik xəstəliklər və bəzi xərçəng növləri riskini azaltmağa kömək edə bilər.
Polifenolla zəngin qidalar arasında alma, çiyələk, tünd şokolad, yaşıl çay, zərdəçal və üzüm xüsusi yer tutur.
Alma qabığında olan flavonoidlər damar funksiyasını yaxşılaşdırır və endotel sağlamlığını dəstəkləyir.
Çiyələk və digər giləmeyvələr isə iltihabı azaldaraq ürək xəstəliklərinin qarşısını alır.
Tünd şokolad, yüksək flavonoid tərkibi ilə qan axını yaxşılaşdırır və idrak funksiyasını gücləndirir.
Yaşıl çay antioksidant təsiri ilə beyin sağlamlığını dəstəkləyir və qan dövranını artırır.
Zərdəçalın tərkibindəki kurkumin oynaq və beyin sağlamlığına dəstək verir.
Üzüm isə resveratrol kimi flavonoidlər vasitəsilə Parkinson və Alzheimer kimi xəstəliklərin riskini azalda bilər.
Polifenollar iltihab əleyhinə və antioksidant təsirləri ilə orqanizmi müxtəlif xəstəliklərdən qoruyur. Bu qidalarla zəngin bir pəhriz, beyin funksiyasını dəstəkləyərək, ümumi sağlamlığa töhfə verir.
Tərcümə: Könül Oruc