AZ

600 milyon dollarlıq dünyanın ən sürətli kompüteri

ABŞ dünyanın ən sürətli kompüteri olan "El Capitan"ı təqdim edib. 600 milyon dollara başa gələn bu superkompüter saniyədə 2,79 kvintilyon hesablama apara bilir.

News24.az xəbər verir ki, El Capitan Livermor Milli Laboratoriyasında (LNNL) fəaliyyət göstərəcək və ölkənin təhlükəsizliyini, xüsusilə nüvə silahlarını təmin etmək üçün istifadə olunacaq. O, həmçinin iqlim dəyişikliyi, süni intellekt və genetika kimi elmi araşdırmalara töhfə verəcək.

El Capitan Amerikanın nüvə silahı ehtiyatının təhlükəsizliyini təmin etmək üçün xüsusi olaraq hazırlanmış texnologiyadır.

1992-ci ildən qadağan edilən yeraltı nüvə sınaqları əvəzinə, El Capitan nüvə partlayışlarını simulyasiya edərək silahların təhlükəsizliyini sınaqdan keçirəcək. Bu kompüter sayəsində nüvə silahlarının köhnəlmə vəziyyəti izlənilə bilər və təsirli olub-olmaması başa düşülə bilər.

Superkompüter 5-6 otaqlı ev ölçüsündədir və çəkisi dörd mavi balina qədərdir. Süni intellekt (AI) və maşın öyrənməsi (ML) kimi qabaqcıl texnologiyalarla təchiz edilmiş El Kapitanın nüvə silahlarının təhlükəsizliyini sınaqdan keçirməklə yanaşı, dünya üzrə bir çox elmi araşdırmalara böyük faydası olacağına inanılır.

Qeyd edək ki, əvvəlki superkompüter sistemi Sierra-dan 18 dəfə sürətli olan El Capitan indiyə qədər edilən ən güclü və ən sürətli hesablamaları həyata keçirə biləcək.

Günel Məlikzadə


Seçilən
7
news24.az

1Mənbələr