Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik ElmləriUniversitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyinümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsindəMilli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - HərbiElmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov vəAzərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnikNizami Mövlanov qonaqlarla görüşüb.
Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi vəbu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib.Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdimolunub.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsindəəməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuranbir sıra məsələlər müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və TədrisMərkəzinin təlim şəhərcikləri, atış meydanları, trenajor bölməsiilə tanış olublar.