Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtlarda bitib-bitməyəcəyi maraq doğurur. Tramp vəzifəyə gələn kimi müharibəni bitirə biləcəyini deyib.
Dünya İqtisadi Forumunda çıxış edən Tramp Putinlə görüşmək istədiyini bir daha xatırladıb və bildirib ki, Ukrayna razılaşmaya hazırdır. Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etmək üçün səylərin davam etdiyini deyən Tramp bildirib ki, bu, heç vaxt başlamamalı olan bir müharibədir: "Mən prezident Putinlə bu müharibəni bitirmək barədə danışmaq istərdim. İqtisadiyyat və ya başqa bir şeyə görə deyil, milyonlarla insanın itkisinə görə", - Tramp deyib.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tramp administrasiyasını keçmiş prezident Baydenin Ukrayna ilə bağlı buraxdığı səhvləri düzəltməyə çağırıb.
Trampın “Bayden rəhbərliyi Ukrayna ilə bağlı səhvlər etdi” ifadəsini dəyərləndirən Zaxarova, Baydenin bu səhvləri ABŞ adına etdiyinə diqqət çəkib və ölkə adına edilən səhvlərin düzəldilməsi gərəkdiyini bildirib: “Əgər Tramp administrasiyası səhvlər edildiyini etiraf edirsə və arqumentləri Ukraynadakı vəziyyətin əvvəlki rəhbərliyin səhvlərinin nəticəsi olduğunu iddia edirsə, o zaman bu səhvlər düzəltmək lazımdır”.
TAHİR