Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının XİN rəhbərləri yanvarın 27-də keçiriləcək görüş zamanı Suriyaya qarşı sanksiyaların ləğv edilməsini müzakirə edəcəklər.
Bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birlikdə keçirilən birgə mətbuat konfransında məlumat verib.
Kallas qeyd edib ki, Aİ sanksiyaların yumşaldılması üçün yol xəritəsi təklif edir və Aİ bu istiqamətdə ilk qərarlarını yanvarın 27-də verəcək.
Hürr Tərcüman