Azərbaycanın İrandakı səfiri Əli Əliyev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Qeyd edilir ki, səfirə iranlı tələbələrin Azərbaycandan deportasiyası ilə bağlı etiraz notası təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın ali təhsil müəssisələrində oxuyan İran vətəndaşlarının fahişəliklə məşğul olması ilə bağlı yerli mətbuatda məlumat yayılıb. Bildirilib ki, həmin tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.
Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub. Daha 5 nəfər ölkədən deportasiya edilib.