AZ

Qatildən əvvəl hakimləri güllələndi?

İran Femidası, nəhayət, ədalətli qərar çıxardı.

27 yanvar 2023-cü ildə Azərbaycan səfirliyinə soxulmuş Yasin Hüseynzadəni edam cəzasına məhkum etdi.

Azərbaycan tarixində yanvar ayı iki dəfə qara bayraqlarla yadda qalıb.

Bir, məlum 1990-cı ildə.

İkinci dəfə iki il əvvəl.

Cinayətdən bir gün əvvəl - 26 yanvar tarixində Tehrana Ermənistandan bir sürü antiazərbaycan komissarı gəlmişdi.

Dəvət Tehrandakı erməni kilsəsi tərəfindəndir.

Sabahısı gün Tehrandakı “Surb Sarkis” kilsəsinin zəngi həmişəkindən uzun sürdü.

Kilsə həyətinə yığılmış münsiflər heyəti - “Artsax ombudsman”ı Qeqam Stepanyan, İrəvanlı deputat Aspram Krpeyan və habelə digərləri, necə deyərlər, ağızlarını açdılar, gözlərini yumdular.

Azərbaycana qarşı ağızlarına, ağıllarına gələni dedilər.

Terror da məhz bu vaxt, belə şaraitdə, erməni kilsə zənginin sədaları altında baş tutdu.

İran Milli Məclisinin erməni əsilli deputatları da bu görüşlərdə öz fəallığı ilə yadda qalıblar.

İrəvanlı qonaqların səfəri yanvarın son gününədək davam etdi.

Qonaqlar həm də “Çarmahal” adlı erməni xeyriyyə cəmiyyətini ziyarət etdilər. “Erməni tədqiqat mərkəzi”ndə İran nümayəndələri ilə xosunlaşdılar. Danışdılar.

İran Ali Məhkəməsi sözsüz, bu vacib detalları cinayət işində nəzarə almayıb.

Bu vacib şahidləri İrəvandan çağırıb dindirməyib.

Yalnız Yasin Hüseynzadədə görüb günahı.

Son qəti qərarı çıxarmaq üçün İran Ali məhkəməsinə düz iki il vaxt lazım oldu.

VACİB DETAL: Hökmdən üç-dörd gün əvvəl bu Ali Məhkəmə özü də tam oxşar terror olayını yaşadı.

İran xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, Ali Məhkəmə binası önündə üç hakim hücuma məruz qalıb. İkisi həlak olub, digəri yaralanıb. Həlak olanlar Höccətül islam cənab Rəzini və Höccətül-islam cənab Mukisi adını daşıyırmışlar.

“Terror, casusluq, dövlətə qarşı qəsd” kimi ağır maddələr, sən demə, məhz bu mərhumların səlahiyyətlərinə aiddir.

Yasin Hüseynzadənin məlum cinayət qovluğu, dosyesi də həmçinin.

Vaxtilə bu Ali Məhkəmədə zibilçi işləyən terrorçu süpürgəni tapança ilə əvəzləyib.

Əvvəl hakimləri öldürüb. Son gülləni öz gicgahına sıxıb.

Məncə, son qərarı heç vaxt terrorçu, Ali Məhkəmə çıxarmır.

Son qərarı həmişə talenin özü çıxarır.

Femidanın gözləri isə həmişə kordur.

S. Mərhumlarla vida mərasiminə İranın bütün “aliləri” gəlib. O cümlədən Vilayəti fəqih Seyid Əli Hamneyinin özü də.

Sonra Yasin Hüsenzadə haqda ölüm hökmü verilib.

 

Seçilən
10
anspress.com

1Mənbələr