AZ

Qəzzada atəşkəsdən sonra ilk cümə namazı qılınıb

Bakı, TurkicWorld

Yanvarın 19-da İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağında fələstinlilər illərdir gözlədikləri sükut içində ilk cümə namazını qılıblar.

TurkicWorld xəbər verir ki Fələstinlilər məscidlərin olduğu ərazilərə toplaşaraq cümə namazını qılıb.

Lakin İsrail hücumları nəticəsində çoxlu məscidlərin dağıdıldığı Qəzzada bəzi insanlar məscidlərin qalıqları üzərində, digərləri isə stadionlarda və ya küçələrdə namaz qılmağa məcbur olublar.

Bu, son 15 ayda Qəzzada pilotsuz uçan aparatların, təyyarələrin və ya top atəşinin səsi olmadan keçirilən ilk cümə namazı olub. Namaz zamanı İsrail hücumlarında həyatını itirənlər üçün dualar edilib.

Qeyd edək ki, Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi ilə bağlı razılıq yanvarın 15-də elan edilib. Müqavilə yanvarın 19-u Türkiyə vaxtı ilə saat 12:15-də qüvvəyə minib.

Razılaşmaya əsasən, üç fazadan ibarət olan atəşkəsin ilk 42 günü ərzində 33 israilli və 1900-dən çox fələstinli məhbus azad ediləcək. Yanvarın 19-da HƏMAS üç israilli qadını azad edərkən, İsrail də işğal altındakı İordan çayının qərb sahilindəki Ofer həbsxanasından 90 fələstinlini sərbəst buraxıb.

Seçilən
6
10
turkic.world

10Mənbələr