AZ

“Mançester Yunayted” avrokuboklarda rekord müəyyənləşdirdi

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun “Reyncers”lə ev oyunu “Mançester Yunayted” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, portuqal mütəxəssis Ruben Amorimin çalışdırdığı “qırmzı şeytanlar” oyunun təzminat müddətində (90+2) qol vuraraq, 2:1 hesablı qələbəni bayram ediblər.

Qələbə qolunun müəllifi Mançester təmsilçisinin kapitanı, portuqal hücumameylli yarımmüdafiəçi Bruno Fernandes olub.

“Opta Sports” statistik internet-portalının yaydığı məlumata görə, “Mançester Yunayted” 90-cı dəqiqədə və ya oyunun təzminat müddətində vurduğu qələbə qollarının sayına görə İngiltərə klubları arasında avrokuboklarda mütləq rekord müəyyənləşdirib. Artıq 8-ci dəfədir ki, rəqibləri oyunun son anlarında “qırmızı şeytanlar”ın qəzəbinə keçirlər. İngiltərə klubları arasında müvafiq uğura hər biri 7 dəfə olmaqla London nəhəngləri – “Çelsi” və “Arsenal” müvəffəq olublar.

Xatırladaq ki, “Mançester Yunayted”in oyunun son anlarında qol vurması azarkeşlər arasında “Ferqi-taym” (ingiliscə əsli: Fergie Time) olaraq anılır. Bu ifadə son saniyələrdə qurtuluş və ya qələbə qollarının vurulduğu zaman kəsiyini ifadə edir. Deyim, “Mançester Yunayted”in keçmiş çalışdırıcısı, əfsanəsi şotland mütəxəssis Ser Aleks Ferqyusonun “qırmızı şeytanlar”ının oyunun son anlarında müvafiq üsulla həlledici qollar vurması ilə bağlı əfsanələşib.

Müvafiq xüsusda ən bariz nümunə UEFA Çempionlar Liqasının 1998/1999-cu illər mövsümündə “Mançester Yunayed” zəfəridir. Həmin yarışın finalında “qırmızı şeytanlar” 0:1 hesabı ilə məğlub durumda ikən, Almaniya nəhəngi “Bayern”in qapısına əsas vaxtın təzminat müddətində (90+1 və 90+3) dübarə qol buraraq, qəniməti muzeyinə aparmışdı.

Seçilən
22
22
arena.az

10Mənbələr