AZ

Şoltz: Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm

“Biz həmişə Ukraynadakı müharibənin Rusiya ilə NATO arasında ən dəhşətli nəticələrə səbəb ola biləcək müharibəyə çevrilməməsi üçün diqqət edirik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu “Anadolu Agentliyi”nə müsahibəsində Almaniya kansleri Olaf Şoltz deyib.

O, Rusiyanın güc yolu ilə Ukraynanın bir hissəsini və ya hamısını öz ərazisinə birləşdirmək istədiyini, lakin bunun mümkün olmadığını qeyd edərək, bu səbəbdən ölkəsinin Ukraynanı dəstəkləməli olduğunu vurğulayıb: “Mən bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm. Rusiya prezidenti ilə də danışmışam”.

Seçilən
14
2
apa.az

1Mənbələr