AZ

Çin Azərbayan qazı uğurunda mübarizəyə qoşulub – “Bakıya uzunmüddətli müqavilələr vəd edir...”

Amerikada istehsal olunan mayeləşdirilmiş təbii qazı (LNG) daşıyan tankerlərin marşrutu kütləvi şəkildə dəyişdirilir və ilkin təyinat yerinə deyil, Avropaya yönəldilir.

“Financial Times” qəzetinin məlumatına görə, əvvəlcə Afrika, Asiya və Kolumbiyaya gedən ən azı yeddi gəmi istiqamətini dəyişib və indi onlar Avropa limanlarına doğru gedir.

Mənbələrdən biri nəşrə bildirib ki, bəzi gəmilər öz istiqamətlərində kifayət qədər kəskin dönüşlər edib.

“Bu qədər kurs dəyişikliyi və bu qədər aşkar dönüşlər görmək qeyri-adidir", - məlumatda qeyd olunur.

Belə kəskin manevrə səbəb Rusiyanın Ukrayna üzərindən nəqlinin dayandırılması nəticəsində Avropada qazın bahalaşmasından treyderlərin yararlanmaq istəyi ola bilər.

“Financial Times” qeyd edir ki, Avropa bazarında qaz qiymətləri hazırda 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyədədir. Mənbələr bildirir ki, ABŞ-ın LNG yüklərinin Asiyada tələbin və qiymətlərin daha yüksək olduğu Avropaya istiqamətinin dəyişdirilməsi, hər bir yük üçün mənfəəti 5 milyon dollardan çox artıra bilər.

Eyni zamanda, Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra Avropa, məsələn, Azərbaycan və Türkiyədən qaz almaqla tədarükləri diversifikasiya etməyə çalışır.

Amerikanın “Forbes” nəşri yazır ki, eyni zamanda Çin Trampın siyasətinin gözlənilməzliyinə inandırmaqla Yaxın Şərqdəki neft və qaz təchizatçılarını, o cümlədən Səudiyyə Ərəbistanını öz tərəfinə çəkməyə çalışır. Qeyd olunur ki, bundan əlavə, Pekin Azərbaycanın enerji resurslarının alınması üçün Bakıya uzunmüddətli müqavilələr vəd edir.

“Forbes” analitiklərinin fikrincə, Ağ Ev xüsusilə İran və Rusiya ilə yaxınlaşmasını nəzərə alaraq, Çinin nüfuz qazanmasının qarşısını almaq üçün Yaxın Şərq və Xəzər regionu ölkələri ilə əlaqələri gücləndirməlidir.

"Tramp administrasiyası Pekinin manevrlərinə qarşı regional dövlətlər üçün diplomatik və maddi stimullar verə bilər.

“Bu, Azərbaycan Hava Yolları təyyarəsinin vurulmasından sonra Bakının Moskvaya qarşı tələblərinə dəstək vermək əvəzsiz olardı", - “Forbes” yazır.

Dünən Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edib. Xüsusilə ABŞ prezidenti çıxışında neftin qiymətinin həddən artıq yüksək olduğunu və bunun Rusiyaya Ukrayna ilə münaqişəni davam etdirməsinə imkan verdiyini bildirib. Tramp əsas neft istehsalçılarını, xüsusən də Səudiyyə Ərəbistanı və OPEC ölkələrini döyüşləri mümkün qədər tez bitirmək üçün hasilatı artırmağa və qiymətləri aşağı salmağa çağırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
13
azpolitika.info

1Mənbələr