AZ

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur?

Bakı. Trend:

Son günlərdə sosial şəbəkələrdə diplomsuz plastik cərrahlarkimi, diplomu olmayan və ya xaricdə qiyabi olaraq təhsil alan ammadiplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərdikləriilə bağlı paylaşımlar edilir. Maraqlı tərəfi odur ki, bu dəfəşikayət edənlər vətəndaşlar yox, məhz həkimlərdir. Onlar bildirirki, dəfələrlə diplomsuz diş həkimləri tərəfindən zərərçəkmişşəxslər müəyyən ağırlaşmalarla müracət edirlər. Bəs,stomatoloqlararın işinə nəzarət necə həyata keçirilir?

Bu barədə Səhiyyə Nazirliyinə hansısa şikayət və yamüraciətlər daxil olubmu?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik EkspertizaMərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Özəltibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunolaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxsyaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan(ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxsyaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunanqaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçiriləbilər:

“Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedikstomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diştexniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbipraktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziyaəsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrəlisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağızboşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icraedə bilməz.

Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqlarınfəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlətözünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasındaaidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunanqaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanısahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktikifəaliyyət ilə məşğul olma faktı İnzibati Xəta Məcəlləsinin müvafiqmaddələri ilə inzibati qaydada tənbeh olunur”.

“Təəssüf ki, mövcud stomatoloq fəaliyyəti ilə məşğul olanşəxslərin heç də hamısı, dövlət qeydiyyatından keçməyiblər və yaxudonların sənədləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemitərəfindən qəbul olunmur. Lakin buna baxmayaraq, qeyri qanunifəaliyyət göstərənlər var. Xüsusilə də regionlarda. Yuxarıda qeydetdiyimiz kimi, vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetməorqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyətisahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydadaxidməti yoxlamalar keçirilir və barələrində qanunamüvafiq tədbirlərgörülür. Belə şəxslər ilkin olaraq hüquq-mühafizə orqanlarıtərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbiolub-olmamasının müəyyənləşdirilməsi üçün bizə müraciət daxil olur.Bundan sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbirgörülür və növbəti icraata göndərilir.

Ümumiyyətlə hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisəninlisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğulolan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisərəhbərindən məlumat əldə etmək hüququna malikdir. Sənəd tələbedilmədikdə aidiyyəti orqanlara – Səhiyyə Nazirliyinin müvafiqqurumlarına və hüquq mühafizə orqanlarına rəsmi müraciət edəbilər", - məlumatda vurğulanıb..

Qeyd edilir ki, zərər çəkən şəxslər mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət edərək, məhkəmə tibbi ekspertizanınrəyini əldə etsinlər.

"Tural Mirzəyevin stomatoloqlarla bağlı AEM-ə siyahı təqdimetdiyi iddiasına gəldikdə, qeyd etmək istərdik ki, AnalitikEkspertiza Mərkəzinə bu həkim tərəfindən rəsmi olaraq heç birsiyahı təqdim olunmayıb. Bununla bağlı həkim T. Mirzəyevinmüraciətinə rəsmi cavab verilib və cavabda siyahının təqdimolunması qeyd edilib. Bu günədək T.Mirzəyev Analitik EkspertizaMərkəzinə hər hansı bir siyahı təqdim etməyib”,- deyə məlumatdaqeyd edilib.

“Əlavə olaraq, stomatoloqların siyahısını dəqiqləşdirmək üçünT.Mirzəyev AEM-ə dəvət olunub və ona araşdırma aparılması üçünrəsmi müraciət edilməsinin və siyahının təqdim olunmasınınvacibliyi bildirilib. Əməkdaşlarla görüş zamanı T.Mirzəyev bildiribki, yaxın günlərdə rəsmi olaraq müraciət edərək siyahını təqdimedəcək. Həkim T.Mirzəyev tərəfindən rəsmi müraciət olunarsa, təqdimedilən faktlar araşdırılacaq və qanuna müvafiq addımlaratılacaq.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrindəvə aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlıAEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20),[email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏTbölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılmaaparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədəqərar qəbul edilir”,- deyə qurumdan əlavə edilib.

Maraqlıdır, diplomsuz fəaliyyət göstərən stomatoloqlarinsanların sağlamlığı üçün hansı təhlükəni yaradır?

Mövzu ilə bağlı elə həmin saxta stomatoloqlara qarşı ilk dəfəmübarizəyə başlayan, bununla bağlı Analitik Ekspertiza Mərkəzinəmüraciət edən İmplantoloq Tural Mirzəyev Trend-ə bildirib ki,diplomsuz həkimlərin fəaliyyətindəki birinci təhlükəli məqamhepatit C, B kimi, AİDS (Qazanılmış İmmun çatışmamazlığı sindromu)kimi xəstəliklərin yayılmasıdır.

“Çünki diplomsuz şəxslərin heç bir halda sterilizasiyadananlayışı olmur. Yəni, adamın təhsili yoxdursa, sterilizasiyadananlayışı ola bilməz. Onların öz ətrafında çalışdırdığı insanlarında sterilizasiyadan anlayışı olmur. Yəni, işləməyə də özlərinəuyğun insanlar seçirlər.

İkinci məsələ isə ağırlaşmalardır. Ağırlaşmalar hansılar olabilər? Bu adamlar uşaqlarda diş müalicə edilir və ya breketqoyulur. Bildiyimiz kimi, uşaq orqanizmi inkişaf dövründə olur.İnkişaf dövründə orqanizmdə qeyri-peşəkar müdaxilənin törətdiyiağırlaşmaları heç cür düzəltmək olmur, çox çətindir. Demək olar ki,mümkün deyil. İnkişaf dövründə səhv aparılan müalicə bizimgenefondumuza böyük ziyan vurur”, - o əlavə edib.

Həkim qeyd edib ki, ikinci məsələ isə diş qapaqları,implantasiya ilə bağlıdır.

“Bunların da öz ağırlaşmaları var. Hətta implantasiyada olanağırlaşmalarda, implantı qoyan şəxslərin ağız boşluğucərrahiyyəsindən anlayışı olmur. Və bunun nəticəsi olaraq insançənə sümüyündə geriyədönməz proseslər baş verə bilər, sinirzədələnməsi ola bilər hətta görmə qabiliyyətini belə itirə bilər.Yəni, infeksiya gözə doğru gedə bilər. Səhv müalicənin,qeyri-steril şəraitdə işləməyin nəticəsi olaraq insan orqanizminəböyük ziyanlar vurulur.

Məsələn, siz gedirsiniz bir stomatoloqun yanına, onunqeyri-peşəkar müalicəsinin nəticəsində diş köklərində iltihabiproseslər baş verə bilər. Nəticə etibarilə sizin orqanizminizəetdiyiniz yatırım sizə daha çox ziyan vurur. Diş köklərininqeyri-peşəkar müalicəsindən sonra orada kistalar əmələ gəlir.Qoyulan qapaqlar bir-iki ildən sonra sökülür, yenidən iş görülməliolur. Belə stomatoloqlar sizə həm maddi, həm də sağlamlıq cəhətdənziyan vurur. Amma ən əsas təhlükə sağalmayan infeksiyalarınyayılmasıdır”,- deyə həkim əlavə edib.

Eyni zamanda o qeyd edib ki, ilkin olaraq 25 nəfərin siyahısınıhazırlayıb yaxın günlərdə Analitik Ekspertiza Mərkəzinəgöndərəcək

Seçilən
16
2
az.trend.az

4Mənbələr