Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Ukrayna Müdafiə Sənayesi Nazirliyinin Avrasiya Məsələləri üzrə sabiq müavini Kuçer Konstatnin Antonoviçin barəsində olan cinayət işinə dair məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər tərəfindən mülki iddia verildiyi məlum olub.
Zərərçəkmişlərin nümayəndəsi Samir İsayev mülki iddianın nəticəsini açıqlayıb.
Məlum olub ki, “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti 1 milyon manat, "Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manat manat təqsirləndirilən Kuçer Konstatnin Antonoviçə qarşı mülki iddia qaldırıb.
Bundan başqa Valeriy Zaxarenko isə təqsirləndirilən şəxslərin hər birindən 50 min manat mülki iddia qaldırdığı məlum olub.
Məhkəmə tərəfindən mülki iddianı icraata qəbul edlib. Hakim bildirib ki, mülki iddia icraat qəbul edilməsi araşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, mülki iddialar araşdırılıdıqan sonra qərar veriləcək.
Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Həmin pulu götürmək üçün Rusiya FTX-nin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları bankdan çıxarmaq problem olub.
Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub. Görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib.
Bundan sonra Zaxarenkoya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.
Qeyd edək ki, cinayət işi üzrə Zaxarenkov Valeriy Nikolayeviç zərərçəkmiş qismində tanınıb.
İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdudq Məsuliyyətli Cəmiyyətdir.
Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
Oleq Krapivin kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.
Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.