İrlandiyada rekord qıran Eoun qasırğası səbəbindən 715 mindən çox ev işıqsız qalıb.
Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Qəzet yazır: “Qolveydə rekord sürəti 180 km/saat olan küləklər qeydə alınıb”.
Dağıdıcı küləklərin ölkə üzrə elektrik şəbəkələrinə geniş və əhəmiyyətli ziyan vurmaqda davam etdiyi bildirilir.