AZ

Rubio da Blinkenin yolunu gedir?

Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında ABŞ-nin yeni dövlət katibi Marko Rubionun ölkəsinin Azərbaycanla Ermənistan arasında "dayanıqlı və ləyaqətli sülh" istədiklərini vurğulaması ilk baxışdabelə təəssürat yaradır ki, o da bizim regiona yanaşmada sələfi Blinkenin siyasətini yeritmək fikrindədir.

Çünki bu "dayanıqlı və ləyaqətli sülh" ifadəsini Blinken tez-tez işlədirdi.

Amma məslə burasındadır ki, regionda dayanıqlı və ləyaqətli sülhün yaranmasında Azərbaycan hər kəsdən, ilk növbədə də Birləşmiş Ştatlardan daha çox maraqlıdır.

Sadəcə,Blinken bu ad altındatamamilə başqa niyyətgüdürdü. Qonşularına qarşı ləyaqətsiz daranmış və davranmaqda davam edən, üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəməyən, yəni dayanıqsız siyasət yeridənişğalçı ölkənin, eləcə dəondan geosiyasi alət kimi faydalanmağa çalışan güclərin maraqlarına cavabverən bir anlaşma imzalatmaq idi Dövlət Departamentinin keçmiş rəhbərliyinin məqsədi.

Əsl ləyaqətli və dayanıqlı sülh isə məhz bunun əksini tələb edir. Əgər dünyada işğallara son qoymaq istənilirsə, onda işğalçının, həm də savaşı uduzaraq təslimçilik aktı imzalamış işğalçınınmaraqlarının daha çox təmin edildiyi bir sülh anlaşması ləyaqətli və dayanıqlı sayıla bilməz. Üstəlik nə ləyaqətli biri belə təklifdə bulunar, nə də ləyaqəti olan ona əməl edər. Necəki Azərbaycan etmədi.

Cənab Rubio yəqin bunu bilməmiş deyil. Ona görə də onun təklif etdiyi "dayanıqlı və ləyaqətli sülh" Blinkeninkindən məzmunca fərqlənməlidir.

Seçilən
23
aznews.az

1Mənbələr