AZ

De Rossi uşaqlıq klubunu aldı

İtaliyalı sabiq futbolçu və hazırda məşqçi olan Daniele De Rossi "Ostia Mare" klubunu alıb. 

Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

De Rossi İtaliya D Seriyasının komandasını iflas olmaqdan xilas edib. O, həmçinin hazırda təhlükəsizlik qaydalarına uyğun olmayan klub stadionu ilə bağlı problemləri həll edəcəyinə söz verib. 

Xatırladaq ki, "Ostia Mare" Daniele De Rossi üçün doğma klubdur. O, futbolçu karyerasına bu komandada başlayıb. 

Qeyd edək ki, 41 yaşlı çalışdırıcı son olaraq "Roma"ya rəhbərlik edib.

Sabiq "Fənər"li Yunanıstan klubuna keçib: Pelkas vətənində

"Barselona"da yeni müqavilə

Avropa Liqası: "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" bir-birinə rəqib olacaq?

Yulian Naqelsmannla yeni müqavilə imzalanıb

Qollini rəsmən "Roma"da

Seçilən
17
9
apasport.az

10Mənbələr