AZ

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

"OpenAI" rəqibi olan süni intellekt şirkəti "Anthropic" "Google"dan təxminən 1 milyard dollarlıq yeni investisiya alıb.

Valyuta.az-ın məlumatına görə, bu sərmayə ilə "Google"un "Anthropic"ə ümumi investisiyası 3 milyard dollara çatıb. "Anthropic" bu yeni vəsaitlə 2025-ci ildə daha irəli süni intellekt modelləri və xüsusiyyətlərini təqdim etməyi planlaşdırır.

2023-cü ilin oktyabrında "Google", "Anthropic"ə 2 milyard dollar sərmayə qoymuşdu. Hazırda şirkətin ümumi investisiya məbləği 14,7 milyard dollara çatıb.

Eyni zamanda, "Anthropic" şirkəti 60 milyard dollar dəyərində əlavə 2 milyard dollarlıq investisiya cəlb etməyi hədəfləyir. Qeyd edək ki, "Amazon" "Claude" modellərini yeni nəsil "Alexa" dinamiklərinə inteqrasiya etmək üçün "Anthropic"ə 4 milyard dollar sərmayə yatırıb. Bununla yanaşı, bəzi mənbələrə görə, "Anthropic" əlavə vəsait toplamaq üçün "Lightspeed Venture Partners" ilə danışıqlar aparır.

Əvəz Həsənov

Seçilən
36
28
valyuta.az

10Mənbələr