AZ

Ermənistanın Avropaya inteqrasiyası haqqında qanun layihəsi parlamentdə təsdiqləndi

Ermənistan parlamentinin ölkənin Aİ-yə qəbulu məsələsi ilə məşğul olan komitəsi Yerevanın Avropaya inteqrasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Təşəbbüsün təsdiqindən əvvəl Ermənistanın Avropaya inteqrasiyası məsələsini qaldıran deputatlar və qərbyönlü qüvvələrin iştirakı ilə qızğın müzakirə aparılıb. Daha sonra təşəbbüsə Ermənistan Milli Assambleyasının plenar iclasında baxılacaq.

Xatırladaq ki, bundan əvvəl ölkə hökuməti Ermənistanın Avropa İttifaqına inteqrasiyası haqqında qanun layihəsini təsdiq etmişdi. O, təşəbbüsü parlamentə də göndərib.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr