AZ

Bakıda qadın sürücü ağır qəza törətdi: Ölən var

"Bu gün saat 22:30-da paytaxtın Pirallahı rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib".

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli məlumat verib.

O qeyd edib ki, ilkin məlumata görə, "Ford" markalı nəqliyyat vasitəsinin qadın sürücüsü yolu keçməyə cəhd edən piyadanı (cinsi kişi) vurub:

"Piyada hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır".


Telegram kanalımız
Seçilən
42
yenisabah.az

1Mənbələr