AZ

Bratislavada 60 min insan Fitsonun Rusiya ilə yaxınlaşma kursuna etiraz etdi


Minlərlə insan Slovakiyanın paytaxtı Bratislavanın mərkəzinə toplaşaraq, ölkənin Baş naziri Robert Fitsonun siyasətinə və onun Moskva ilə yaxınlaşmasına etiraz edib.
Yeniavaz.com
xəbər verir ki, aksiyanı “Ukrayna üçün sülh” təşəbbüsü müxalif siyasi partiyalarla birgə təşkil edib.
Bildirilib ki, aksiyaya 60 min insan toplaşıb.
Nümayişçilər “Bəsdir Fitso” və “Biz Avropayıq” şüarları səsləndiriblər.
Qeyd edək ki, bundan öncə Fitso Təhlükəsizlik Şurasını çağırıb, çünki onun fikrincə, ölkə “rəngli inqilab” təhlükəsi ilə üzləşib.  O, müxalifəti ölkədə hakimiyyət dəyişikliyini planlaşdıran, Gürcüstan və Ukraynada belə çevrilişlər təşkil etmək təcrübəsi olan xarici strukturlarla əlaqədə olmaqda ittiham edib.
Seçilən
17
3
yeniavaz.com

4Mənbələr