AZ

İsrail bu təşkilatı Qüdsdən çıxarır

İsrail hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yanvarın 30-dək Qüdsü tərk etməyi əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.

“UNRWA Qüdsdəki fəaliyyətini dayandırmağa və şəhərdə fəaliyyət göstərdiyi bütün binaları 30 yanvar 2025-ci il tarixindən gec olmayaraq boşaltmağa borcludur” -Danonun BMT-nin Baş Katibi Antonio Quterreşə göndərdiyi məktubda deyilir.

UNRWA-nı qadağan edən qanun İsrail Parlamenti (Knesset) tərəfindən 28 oktyabr 2024-cü ildə səs çoxluğu ilə qəbul edilib. Onun qəbul edilməsinə səbəb UNRWA-nınHƏMAS ilə əməkdaşlıq etməsi ilə bağlı ittiham olub.


Müəllif: Arzu
Seçilən
35
8
teleqraf.com

10Mənbələr