AZ

Tramp Danimarka baş naziri ilə aqressiv danışıbmış

Danimarka baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampla telefon söhbətindəQrenlandiyanın satılmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Financial Times" avropalı məmurlara istinadən yazıb.

Ötən həftə Tramp və Frederiksen arasında 45 dəqiqəlik telefon söhbəti olub. ABŞ prezidenti Qrenlandiya üzərində nəzarəti almaq niyyətinin ciddi olduğunu bildirib.

Məqalədə deyilir: "Frederiksen vurğulayıb ki, nəhəng arktik ada satılmır".

O da qeyd olunur ki, tərəflər arasında söhbət "çox pis keçib və Tramp baş nazirin sözlərinə "aqressiv reaksiya verib".


Müəllif: Teleqraf.com
Seçilən
16
21
teleqraf.com

10Mənbələr