AZ

Kolumbiya quldur dəstələri ilə mübarizə üçün hərbi əməliyyata başlayıb

Kolumbiya ordusu Venesuela ilə sərhəddə yerləşən Katatumbo bölgəsində quldur dəstələri ilə mübarizə aparmaq üçün hərbi əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti Kolumbiya silahlı qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Norte de Santander departamentində yerləşən Katatumbo şəhərinin 11 bələdiyyəsində hərbi əməliyyatlar başlayıb.

Qeyd edək ki, bir gün əvvəl Kolumbiyada silahlı qruplaşmaların yaraqlılarının ərazidə fəallığı ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Seçilən
17
1
apa.az

2Mənbələr