Latviya Rusiya hökumətinin müraciətini təmin etməyib.
Teleqraf.com xəbər verir ki, Latviya sabiq rus aktyoru, hazırda əcnəbi casus hesab olunan Artur Smolyaninovu Rusiyaya qaytarmaqdan boyun qaçırıb.
Smolyaninovun barəsində2024-cü ilin oktyabrında həbs qərarı verilib. Aktyor RF silahlı qüvvələri barədə yalan məlumat yaymaqda və cəmiyyətdə nifaq toxumu səpməkdə ittiham olunur.
Hazırda Smolyaninovun Latviyada yaşadığı bildirilir.
Müəllif: Teleqraf.com