AZ

2025-ci ilin ən böyük təhlükəsi… – Ekspertlər həyəcan təbili çalır

  Bu ilin ən böyük təhlükəsi dövlət səviyyəsində silahlı münaqişələr olub.

Referans.az xəbər verir ki, bu barədə Qlobal Risklər Hesabatında qeyd olunur.

Statistika göstərir ki, ki, hər dördüncü respondent tədqiqatçıların təklif etdiyi 33 variantdan ən çox bu təhlükəni seçib.

Qeyd edək ki, ötən il silahlı münaqişə riskləri 8-ci yerdə idisə, bu il sıralama ciddi şəkildə dəyişib.

Mütəxəssislər kibercasusluq, müharibələr və dezinformasiya da daxil olmaqla bir çox əlaqəli riskləri də qeyd edirlər. Lakin hesabatda vurğulanan əsas narahatlıq sülhün qorunması üçün beynəlxalq səylərin olmamasıdır. Ekspertlər qorxurlar ki, gələcəkdə dünya daha da qəddar müharibə meydanına çevriləcək.

Tədqiqatçılar qeyd edirlər ki, iqlim dəyişikliyi də bütövlükdə dünya üçün əsas təhlükəyə çevriləcək./globalinfo.az  

Seçilən
10
referans.az

1Mənbələr