AZ

Azercell tarif paketlərinin şərtlərində dəyişikliklər edəcək

Şirkətin yaydığı məlumata əsasən, 25 fevral 2025-ci il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərinin istifadə şərtlərində dəyişikliklər ediləcək.

Yenilənmiş şərtlərə əsasən, bu tarif paketləri üçün aylıq abunə haqqı 2 AZN (ƏDV daxil) təşkil edəcək və abunəçilərə 25 şəbəkədaxili danışıq dəqiqəsi və 250 MB həcmində internet təqdim olunacaq.

Mövcud tariflərə nəzər saldıqda görünür ki, bu tarif paketlərində danışıq dəqiqələrinin qiyməti 0.08-0.10 AZN arasında dəyişir. Beləliklə, 25 şəbəkədaxili dəqiqə abunəçilərə ən azı 2 manata başa gəlir. Yenilənmiş şərtlərə əsasən, abunəçilər eyni məbləğ qarşılığında həm danışıq dəqiqələrindən, həm də internetdən istifadə edə biləcəklər.

 

Seçilən
44
marja.az

1Mənbələr