Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçiləri Zaporojye vilayətində əraziləri uzaqdan minalamaq üçün nəzərdə tutulan dronlardan istifadə etməyə başlayıblar. Bu barədə Rusiya mediasına açıqlamasında Rusiya Federasiyası İctimai Palatasının Suverenlik, Vətənpərvərlik Layihələri və Veteranlara Dəstək Komissiyasının sədri Vladimir Roqov bildirib.
"İndi kütləvi şəkildə məsafədən minalanma işləri apaılır ki, burada da "Baba Yaqa" kimi ağır dronlardan istifadə edilir. Zaporojye cəbhəsində onlarla oxşar PUA hər gecə Orexovski və Vasilyevski istiqamətlərində ərazini minalayır", - komissiya rəhbəri bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural