Bakı. Trend:
Yanvarın 24-ü saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddiyolunun Şəmkir rayon ərazisindən keçən hissəsində polisə məlumatdaxil olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuatxidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovməlumat verib.
O bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiqaraşdırma aparmaqla bərabər hərəkətin təhlükəsizliyi nəzarətdəsaxlanılmaqla bərpa edilib.
"Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26yaşlı Xətai Əliyev Qazax rayonu istiqatində hərəkətdə olarkən əkshərəkət daxil olub qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlıZaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilətoqquşması nəticəsində VAZ 2106-nın sürücü və həmin avtomobildəolan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev,həmçinin NİVA markalı avtomobilin sürücüsü və həmin avtomobilinsərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev vəhələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölmüş,VAZ2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucovisə xəstəxanaya yerləşdirlib",- deyə o əlavə edib.
Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.