Türkiyə filmlərinin “Afrodita” ləqəbli ulduzu Banu Alkan xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, “Yeşilçam”ın 80-ci illərinə damğasını vuran ulduzlarından olan 66 yaşlı aktrisa yüksək təzyiq və şəkər xəstəliyi səbəbilə xəstəxanalıq olub.
Hazırda onun vəziyyətinin normallaşdığı və evə buraxıldığı bildirilib.