ABŞ prezidenti Donald Trampın administrasiyası bir sıra ukraynalıların sponsor xətti ilə ABŞ-yə köçməsinə kömək edən “Ukrayna naminə birləşmə” proqramını bağlayıb. Bu barədə “The New York Times” məlumat yayıb.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin rəhbəri tərəfindən cümə axşamı göndərilən e-poçta görə, agentlik işçilərinə Ukrayna üçün birləşmə proqramı və digərləri çərçivəsində müraciətlərin yekunlaşdırılmasını dayandırmaq əmri verilib.
2022-ci ildən fəaliyyət göstərən “Ukrayna üçün birləşmə” 150 minə qədər Ukrayna vətəndaşının ABŞ-yə köçməsinə kömək edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti əksər xarici yardım proqramlarının, o cümlədən Ukraynadakı layihələrin maliyyələşdirilməsini 90 gün müddətinə dayandırmışdı.
Tural