AZ

"Apple" xərçəng riskinə görə məhkəməyə verildi 

ABŞ-də texnologiya nəhəngi "Apple"a qarşı məhkəmə qarşısında iddia qaldırılıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, şirkət istehsal etdiyi "Apple watch"un kəmərlərində xərçəngə səbəb olan maddələrdən istifadə etməkdə ittiham edilir.

Qeyd olunur ki, brendə məxsus ağıllı saatların qayışlarında yüksək səviyyədə toksik sonsuz kimyəvi maddələr (PFAS) var.

Belə ki, ABŞ-də müxtəlif brendlərə məxsus 22 saat qayışını sınaqdan keçirildiyi araşdırma aparılıb. Bu zaman həmin saatlardan 15-də PFAS aşkarlanıb. Qeyd edilib ki, saatlardan bəziləri "Apple" istehsalı olub.

Bundan sonra istifadəçilər şirkəti məhkəməyə verib.

"Apple"ın açıqlamasında deyilir ki, istehsal etdikləri ağıllı saatların qayışları flüor elementini ehtiva edən sintetik kauçuk olan "fluoroelastomer"dən hazırlanıb.

İddiaçılar şirkəti fırıldaqçılıqda ittiham edirlər, çünki "Apple watch"un əslində zəhərli olmasından narahatdırlar.

Qeyd edək ki, PFAS-lar 4700-dən çox kimyəvi maddəni ehtiva edən perftorlu və poliftorlu alkil maddələridir. Bunlar həm də “əbədi (sonsuz) kimyəvi maddələr” kimi tanınır, çünki onlar ətraf mühitimizdə və bədənimizə çox davamlıdırlar. Bu maddələr qaraciyərin zədələnməsi, qalxanabənzər vəzi xəstəlikləri, piylənmə, doğuş problemləri və xərçəng kimi xəstəliklərə səbəb ola bilər.

Səfurə

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
27
35
Demokratikmusavat.com

10Mənbələr