Şimali Koreya Moskva-Kiyev müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun yeritdikdən sonra iki ölkə arasında da münasibətlər yaxşılaşır.
"Cebheinfo.az" “TurkRus.com”a istinadən xəbər verir ki, Rusiya turoperatorları Şimali Koreyadakı "Vonsan-Kalma" kurortuna turlar satmağa başlayıblar.
İyul ayından başlayaraq çimərlik turları uçuşlar da daxil olmaqla səkkiz günlük, yeddi gecəlik paket şəklində təklif olunur.
Kurort “Şimali Koreyanın Benidormu” adlandırılıb. Kurort beş kilometrlik çimərlik boyunca uzanır. Otellər, mağazalar, SPA kompleksləri, su parkı, kinoteatr, stadion və hava limanı var.
Bununla belə, "Vonsan-Kalma"nın diqqət çəkən xüsusiyyəti onun ballistik silah sınaqlarının keçirildiyi raket bazasına yaxın yerləşməsidir.