AZ

Fransa ilə Ermənistan arasında gizli sövdələşmə

Ermənistanla Fransa arasında növbəti dəfə təhlükəsizlik məsələləri müzakirə edilib.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistann Parisdəki səfiri Arman Xaçatryan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin baş katibi Ann-Mari Dekot ilə görüşüb.

Ermənistanın Fransadakı səfirliyinin mətbuat xidməti görüşdə hər iki ölkə arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı danışıqların aparıldığını bildirib.

Lakin Arman Xaçatryan və Ann-Mari Dekotun Ermənistanın üzləşdiyi təhlükəsizlik məsələlərini, eləcə də regional məsələləri müzakirə etməsi görüşün əsl məqsədini müəyyən etməyə əsas verir. 

Görünür, tərəflər növbəti dəfə Ermənistana hərbi və siyasi sahələrdə dəstək verilməsi, eyni zamanda, beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə kampaniyanın aparılmasında Fransanın fəallığının artırılması ətrafında müzakirələr aparıb. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr