AZ

17 yaşında klubunun ən yaxşı futbolçusu

"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal ötən mövsüm üçün klubun ən yaxşı oyunçusu seçilib və buna görə Aldo Rovira mükafatını alıb.

İdman.biz xəbər verir ki, ispaniyalı futbolçu bu mükafata ilk dəfə sahib çıxıb.

Altı dəfə "Barsa"nın ən yaxşı oyunçusu seçilən Lionel Messi bu göstəricidə rekordçudur.

Yarımmüdafiəçi Aitana Bonmati Kataloniya klubunda ötən mövsümün ən yaxşı qadın futbolçusu seçilib. Qalibi müxtəlif nəşrlərin jurnalistlərindən ibarət münsiflər heyəti müəyyən edib.

Keçən mövsüm Yamal klub səviyyəsində bütün turnirlərdə 50 matçda iştirak edib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

İdman.biz

Seçilən
12
22
idman.biz

10Mənbələr