AZ

WP: “ABŞ Suriya hakimiyyətinə məxfi məlumatlar ötürür”

AzVision.az bildirir ki, məlumatlı mənbələrə istinad edən “The Washington Post” qəzeti belə xəbər yayıb.

“Bir dəfə ABŞ kəşfiyyatı İŞİD-in bu ayın əvvəlində Dəməşq yaxınlığındakı dini sayta hücum etmək planının qarşısını almağa kömək göstərib”,- nəşr yazıb.

Qəzetin iddiasına görə, kəşfiyyat məlumatlarının mübadiləsi ötən ilin dekabrında başlayıb və İŞİD-in dirçəlişinin qarşısının alınmasında qarşılıqlı maraqdan irəli gəlir.

- Hətta maraqlarımız tam üst-üstə düşməyəndə belə, bəzi hallarda biz kəşfiyyat məlumatlarını bölüşməyə borcluyuq”,- keçmiş məmurlardan biri “WP” nəşrinə deyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
azvision.az

1Mənbələr