AZ

Lavrov: Sülh üçün real addım yoxdur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada mümkün sülhlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Lavrov: “Kiyevdə və Qərbdə sülh danışıqlarına hazır olduqlarına dair real addım yoxdur”-deyə, bildirib.

O, qeyd edib ki, sülh danışıqları meydanda baş verənlərlə üst-üstə düşmür: "Kiyev sülh əvəzinə gərginliyi artırmağa üstünlük verir. Sülhlə bağlı səs tonu yüksəlməsinə baxmayaraq, Qərbin Ukraynaya hərbi yardımı davam edir. Qərb uzun müddətdir Kiyevə uzaqmənzilli raketlər, qabaqcıl silahlar, kəşfiyyat və rabitə dəstəyi verir".

Digər tərəfdən, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nüvə gücləri arasında gərginliyin və qarşıdurma ehtimalının artdığını bəyan edib.

Lavrov ABŞ prezidenti Donald Trampın hökuməti ələ keçirməsi ilə bağlı da açıqlama verərək, "ABŞ-da Rusiyanın ekzistensial təhdid olduğuna dair bir perspektiv var. Donald Trampın Ağ Evə qayıtmasının böyük dəyişiklik yaradacağını gözləməməliyik" deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
turkustan.az

1Mənbələr