AZ

Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41000 dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
14
50
apa.az

10Mənbələr