Bakı. Trend:
2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlərçərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərləkeçirilən təlim toplanışı davam edir. Plana uyğun olaraq, hərbivəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətiniartırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələlərikeçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətinmaarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımındüzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinəyetirilməsi ilə davam edib.
Sonra təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələlərikeçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarınıntaktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib vəpraktiki atış çalışmaları icra edilib.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədiehtiyatdan çağırılanların bilik və bacarıqlarının daha da inkişafetdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi sayəsindədöyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.