AZ

Yaponiya Bakıya ulduz heyətlə gələcək

Yaponiyanın batut gimnastikası millisi fevralın 22-23-də Bakıda keçiriləcək Dünya kubokunda ən güclülərdən biri olacaq.

İdman.biz xəbər verir ki, komandanın heyətində planetin ən titullu gimnastlarından biri Hikaru Mori də daxil olmaqla səkkiz idmançı yer alacaq.

O, altıqat dünya çempionudur və 2018-ci ildən bəri ümumilikdə dünya çempionatlarında doqquz mükafat qazanıb. Birmingemdə keçirilən dünya çempionatında bürünc medala sahib olan Ryusei Nişioka da Bakıya gələcək.

Milli Gimnastika Arenasında Yaponiya komandasının heyətində, həmçinin Yusei Matsumoto, Hayato Miyano, Daiki Kişi, Saki Tanaka, Ena Sakurai və Kiko Tanaka da çıxış edəcək.

Qeyd edək ki, Dünya kubokunda 15 ölkədən gimnastlar mübarizə aparacaqlar.

Zəki Feyzullayev
İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr