Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşacaq.
Görüş San Marinodakı "Multieventi Sport Domus"da baş tutacaq.
Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
Avropa çempionatı
İlkin mərhələ, B qrupu
25 yanvar
21:00. Azərbaycan (U-19) – Kosovo (U-19)
Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)
Hakim-inspektor: Stefan Veber (Almaniya)
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya)
Timekeeper: Laurentiu İlie (San Marino)
25 yanvar. Serravalle. Multievent Sport Domus.