“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Rusiyanın Xabarovsk vilayətində içərisində 20 sərnişini olan An-24 təyyarəsi havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. Təyyarə yaxınlıqdakı kolluğa girərək dayanıb. Təyyarənin mühərrikinin sıradan çıxdığı bildirilir.
Hadisə Xabarovsk vilayətinin Ayano-Mayski rayonunun Nelkan kəndində baş verib. N.İ.Nelkandan Xabarovska uçan təyyarənin göyərtəsində 20 sərnişin və 4 ekipaj üzvü olub.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) January 25, 2025