AZ

Qışda “yaz havası” xəstəlikləri artırır?

Son günlər ölkədə bir sıra xəstəliklər yayılıb. Əsasən qızdırma, öskürək, əzələ ağrıları ilə müşayiət olunan bu xəstəlik uzun müddət davam edir.

Bəziləri bunun metapnevmovirus olduğunu da iddia edirlər. Hazırda qış fəslinin olmasına baxmayaraq, ölkədə bir sıra ərazilərə, o cümlədən paytaxta qarın yağmamasının burada mənfi rol oynadığı deyilir.

Hazırkı hava şəraitinin mövsümə uyğun olmaması, yəni paytaxtda qarın yağmaması, havaların isti keçməsi bu xəstəliklərin daha geniş yayılmasına gətirib çıxarır? 

Həkim-terapevt Rasif Bağırov "Cebheinfo.az"a bildirib ki, hazırda ölkədə bir neçə virus var və bu, müxtəlif xəstəliklər formasında özünü göstərir: 

"Yüngülündən başlamış ağır formasına qədər bütün xəstələrdə o proseslər gedir. Bu gün virusların yaratdığı proses müxtəlif formalarda getdiyinə görə, xəstələrdə elə başa düşülür ki, metapnevmovirusdur. Həmin xəstəlik metapnevmovirusda olsa, bu qrip infeksiyasının müxtəlif variantlarıdır. 

Yəni bu, yeni hay-küylü bir virus deyil. Sadəcə, xəstə bir qədər gec müraciət edəndə qrip virusu pnevmaniyaya çevrilir. Əgər vaxtında müraciət etsələr, kifayət qədər müalicə qəbul etsə, normal şəkildə müalicəsi də yüngül gedir.

Ona görə də bu məsələdə həyəcanlanmağa dəyməz. Dərman təsir etmədi anlayışı da yoxdur. Düzgün diaqnoz qoyub müalicə edəndə çox normal proses alınır. Mövcud havaların xəstəliklərin artmasına təsirinə gəldikdə isə, demək olar ki, yaz havasına oxşayır. Təbii ki, belə havalarda mikrobların fəaliyyəti kəskin aşağı düşməli olduğu halda, mikroblar zəifləsə də, tam ölmür.

Müəyyən qədər əlverişli şərait yaranan kimi infeksiyaların yayılması, mikrobların çoxalması, virusların artması insanlarda xəstəliklər yaradır. Təbii ki, qış mövsümə uyğun şəkildə getsə, bu mikroblar ölməsə də, aktivliyi azalır. 

İnsanlar həmin o vəziyyətdən öz xeyrinə istifadə edib sağlam tərzini davam etdirə bilirlər".

Seçilən
31
cebheinfo.az

1Mənbələr