AZ

Kaliforniyadakı ölümcül meşə yanğınları yerini sel təhlükəsinə verə bilər – ÖZƏL

Kaliforniyada uzun sürən ölümcül meşə yanğınları güclü yağışlarla sona çata bilər, lakin bu, başqa bir təhlükəni - ani daşqınları və sürüşmələri gündəmə gətirib. 

Olaylar.az xəbər verir ki, bu barədə NBC News məlumat verib. Məlumata görə, güclü yağışların artıq tarixi quraqlıqdan əziyyət çəkən əraziləri basacağı gözlənilir.

Daşqın xəbərdarlıqları əsasən Los-Anceles və onun ətrafında, xüsusilə bu ayın əvvəlində quraqlıqdan sonra güclü küləklər nəticəsində başlayan yanğınlardan zərər çəkmiş bölgələri əhatə edir.

Xüsusilə Palisades yanğını (23 448 akr əraziyə ziyan vurub, hazırda 79% nəzarət altındadır) və İton yanğını (14 021 akr əraziyə ziyan vurub, hazırda 95% nəzarət altındadır) daşqın riskinin olduğu bölgələr arasındadır. Milli Meteorologiya Xidməti xəbərdarlıq edib ki, həmin bölgələrdə sürüşmə və daşqın ehtimalı 10%-20% təşkil edir.

Los-Anceles dairəsi, o cümlədən Los-Anceles, Pasadena və Bolduin-Park şəhərlərinin yerli hakimiyyət orqanları daşqın riskinə qarşı hazırlıq üçün sakinlərə qum torbaları paylayır.

Sinoptiklər xəbərdarlıq edir ki, bu bölgələrdə torpağın quraqlıqdan sonra yağıntıları udmaqda çətinlik çəkməsi sürüşmə və ani daşqın riskini artırır. Yanğınların söndürülməsi ilə yanaşı, bölgə sakinləri yeni təbii fəlakət təhlükəsi ilə üz-üzədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr