AZ

"Rusiyanın hazırda oynadığı söz oyununu Azərbaycan da oynaya bilərdi" Politoloq

" Azərbaycan, Rusiyaya rəsmi xəbərdarlıq bəyanatını 2020-ci il dekabrın 9-da gecə saatlarında təqdim etmişdir." 

Politoloq Məhəmməd Soltanoğlu bunu News365.az-a açıqlamasında deyib.

"Bu məsələ ilə bağlı müqayisə aparmaq istəyən Rusiya olarsa, o zaman Azərbaycan tərəfi də haqlı olaraq Rusiyaya bir sıra suallar ünvanlaya bilər. Azərbaycan, Rusiyaya rəsmi xəbərdarlıq bəyanatını 2020-ci il dekabrın 9-da gecə saatlarında təqdim etmişdir. Rusiyaya məxsus helikopter isə 2020-ci il noyabrın 9-da saat 18:30 radələrində Ermənistan-Rusiya sərhədinin Naxçıvan istiqamətində vurulmuşdur. Həmin helikopterin Azərbaycan ərazisində olması sual doğurur. Azərbaycan ictimaiyyəti bu məsələyə haqlı suallar verə bilərdi və o zaman Rusiyanın hazırda oynadığı söz oyununu Azərbaycan da oynaya bilərdi. Lakin bütün bu məqamlara baxmayaraq, Azərbaycan 2020-ci il dekabrın 9-da Rusiyaya məxsus helikopterin vurulması ilə bağlı böyüklük göstərərək geri addım atmadı və heç bir siyasi oyun aparmadan üzr istədi. Qarşı tərəfə dəyən ziyan isə tam şəkildə ödənildi."

News365.az

Seçilən
19
news365.az

1Mənbələr