Bakı. Trend:
Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirininmüavini – Quru Qoşunların komandanı general-polkovnik HikmətMirzəyev bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordugeneralı Metin Gürak ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, ordu generalı Metin Gürak görüşdəAzərbaycan-Türkiyə arasında mövcud olan dostluq və qardaşlıqmünasibətlərinin hərbi əməkdaşlığımızın inkişafına göstərdiyimüsbət təsiri xüsusi qeyd edib, icra olunan birgə fəaliyyətlərinbundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirənmüdafiə nazirinin müavini səfər çərçivəsində keçirdiyi görüşlərləbağlı xoş təəssüratlarını çatdırıb.
Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digərsahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraqdoğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar.